“Deməli, onların 190 manata ehtiyacı yoxdur” – Kartı bloklanan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMAbackend

"Deməli, onların 190 manata ehtiyacı yoxdur" - Kartı bloklanan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA

“Bir ay ərzində 190 manatın 1 manatı da istifadə olunmayıbsa, deməli, ehtiyacı yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bugünkü brifinqdə 190 manatlıq birdəfəlik yardım verilən və pulu çıxarmadığı üçün kartı bloklanan şəxslərlə bağlı suala cavab verərkən deyib:

“Biz ehtimal edirdik ki, 190 manatlıq yardıma həqiqətən ehtiyacı olan şəxslər pulu həmin dəqiqə xərcləyəcəklər. Amma bir çox şəxs həmin puldan heç 1 manat da nağdlaşdırmayıb, xərcləməyib. Bir ay ərzində 190 manatın 1 manatı da istifadə olunmayıbsa, deməli, ehtiyacı yoxdur. Həmin 190 manatı isə dövlət daha yararlı sahəyə xərcləyir”.

  • Çinarə
    Avqust 8, 2020 - 12:18

    Salam.Mənim xalamın şəxsiyyət vəsiqəsi sənədləşdirmə ilə bağlı karantindən əvvəl rayonda qalmışdı.Karantinlə bağlı yollar bağlandı onun vəsiqəsi gec gəldi.pulu gec aldı.dəfələrnən poçta yaxınlaşdı vəsiqənin üzün göstərdi, telefonda vəsiqənin əsl şəklin göstərdi vermədilər kartı.bu o deməkdir ki pula ehtiyacı yoxdur? Qızıyla tək kirayədə yaşayır aylardır kirayə pulun verə bilmir işi də yoxdur heç yerdən də müavinət almır, köməyi də yoxdur.xaiş edirəm ona köməklik göstərilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*