Deputat mikrofonu xarab etdi – Spiker danladıbackend

Deputat mikrofonu xarab etdi - Spiker danladı

Bu gün parlamentin iclasında deputat Bəhruz Məhərrəmova söz verilərkən onun mikrofonunda problem yaranıb.

Koronavirus pandemiyasına görə izolyasiya tədbirlərinə görə deputatların bir qismi zalın arxa hissəsində, qonaqlar üçün nəzərdə tutulmuş yerdə otururlar. Deputatlar tək-tək oturduğu üçün zalda hamısına yer çatmır. B.Məhərrəmov da qonaqlar üçün nəzərdə tutulmuş yerdə əyləşib və onlar üçün ayrıca avadanlıq quraşdırılıb. B.Məhərrəmov çıxışa başlayarkən səsləndirmədə problem yaşanıb.

KONKRET.az xəbər verir ki, deputat daha sonra başqa stolda əyləşərək çıxış edib və yaranan problemə görə texniki işçilərin adından üzr istədiyini bildirib.

O çıxışını bitirərkən spiker Sahibə Qafarova ona irad tutub: “Səhvi siz etdiniz, texniki işçilər yox. Mikrofonu dartdığınız üçün səs kəsildi”./bakupost/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*