Deputat və nazirlərin maaşı kəskin azaldıldıbackend

Deputat və nazirlərin maaşı kəskin azaldıldı

Macarıstan parlamenti baş nazir, nazirlər və deputatların maaşlarının azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, qərar yeni baş nazir Peter Magyar hökumətinin dövlət xərclərinin optimallaşdırılması proqramı çərçivəsində həyata keçirilir.

Məlumata görə, baş nazirin aylıq əməkhaqqı 7,8 milyon forintdən 3,8 milyon forintə (təxminən 17,5 min manat) endiriləcək. Bu, əvvəlki məbləğlə müqayisədə 50 faizdən çox azalma deməkdir.

Qanuna əsasən, deputatların baza maaşları da 40 faiz azaldılacaq. Bundan başqa, onların yanacaq, mənzil, mobil telefon və əməkdaş xərcləri üçün nəzərdə tutulan əlavə ödənişləri də ixtisar ediləcək.

Hökumət hesab edir ki, yalnız parlament üzrə həyata keçirilən bu dəyişikliklər dövlət büdcəsinə milyardlarla forint qənaət etməyə imkan verəcək. Maaş azaldılması dövlət şirkətlərinin rəhbərlərinə və müxtəlif müşahidə şuralarının üzvlərinə də şamil olunacaq.

Baş nazir bildirib ki, məqsəd dövlət idarəçiliyində təvazökarlıq və məsuliyyət prinsipini gücləndirmək, büdcə intizamını artırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*