DİN kineloji xidmətin terakt zamanı “Crocus City Hall”da olduğunu təkzib edibbackend

DİN kineloji xidmətin terakt zamanı “Crocus City Hall”da olduğunu təkzib edib

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) anonim Telegram kanallarında “Crocus City Hall”a basqın edənlərin iki dəfə nazirliyin kinoloji xidmətinin avtomobilinin yanından keçmələri barədə yayılan xəbərləri təkzib edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə xəbəri DİN-in rəsmi nümayəndəsi İrina Volk belə şərh edib: “Bu iddialar həqiqətə uyğun deyil. Fotoda və videoda çəkilən avtomobil təcili yardım maşınıdır”.

Bundan əvvəl anonim Telegram kanalı VÇK-OQPU avtomobil videoqeytiyyatından terror aktının ilk saniyələrinin çəkilişlərini dərc edib. Videodan görünür ki, martın 22-də Moskva vaxtı ilə saat 19:58-də iki silahlı yaraqlı “Crocus Expo”nun 14 nömrəli girişindən göy zolaqlı furqonun yanından keçir. Həmin vaxt polisin avtomobildə olub-olmadığı məlum deyil. Kanal mikroavtobusun Daxili İşlər Nazirliyinin kinoloji xidmətinə məxsus olduğunu iddia edib. Teraktdan sonra da terrorçular həmin maşının yanından keçərək avtomobillərinə yaxınlaşıblar.

Telegram kanalı “Baza” başqa videoya istinadən xəbər verir ki, bilavasitə “Crocus”da törədilən terror aktı zamanı içəridə polis geyimli və yanında iti olan bir nəfər olub. Atışma başlayan kimi həmin şəxs itlə və kütlə ilə birlikdə terrorçulardan uzaqlaşıb.

İrina Volk bu şəxsin DİN-lə əlaqəsi olduğunu da təkzib edib. O, həmçinin bildirib ki, polis əməkdaşları dispetçer mərkəzinə atışmanın başladığı barədə məlumat verildikdən beş dəqiqə sonra hadisə yerinə gəliblər.

Xatirə SADİQ,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*