DİN “Tora düşənlər” filmini təqdim etdi – VİDEObackend

DİN “Tora düşənlər” filmini təqdim etdi - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə “Tora düşənlər” filmi hazırlanaraq ictimaiyyətə təqdim edilib.

DİN-in Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, film müraciət edən insanların pullarının mütəşəkkil dəstə üzvləri tərəfindən maliyyə piramidaları vasitəsilə necə ələ keçirilməsindən bəhs edir. Ekran əsərində dələduzların iş prinsipi, fırıldaqçılıq metodları bütün çılpaqlığı ilə izləyicilərə təqdim olunur.

DİN maliyyə piramidalarının toruna düşməmək, dələduzluğun qurbanı olmamaq üçün real istintaq materialları əsasında hazırlanan maarifləndirici sənədli filmi izləməyi hər kəsə tövsiyə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*