Diplomatik korpusun nümayəndələri Xankəndi tikiş fabrikində olublarbackend

Diplomatik korpusun nümayəndələri Xankəndi tikiş fabrikində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri sentyabrın 11-də Xankəndi tikiş fabrikində olublar.

KONKRET.az xəbər verir ki, diplomatlara müəssisə barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə Prezidentlərinin tapşırıqları əsasında həyata keçirilib.

Azərbaycan-Özbəkistan birgə müəssisəsi ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, iki ölkə arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

Layihənin ilkin investisiya dəyəri 6 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə yerli, eləcə də, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*