“Əminəm ki, yardıma ehtiyacımız olarsa, bizə hücum edilərsə, NATO köməyimizə gəlməyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-nin keçmiş prezidenti Donald Tramp Nevada ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Mən bu insanları tanıyıram. Kömək edəcəklərinə inanmıram”, – deyə Tramp qeyd edib.
Keçmiş prezidentin sözlərinə görə, onun özü üçün bu barədə danışmaq çətindir, lakin o, NATO-nun köməyinə inanmır.
Burhan,
KONKRET.az
