Donbasda Ukraynanın ən böyük taxta kilsəsi YANDI – FOTO/VİDEObackend

Donbasda Ukraynanın ən böyük taxta kilsəsi YANDI - FOTO/VİDEO

Donbasda Ukraynanın ən böyük taxta kilsəsi yanıb.

KONKRET.az xəbər verir ki, “DXR”-də Rusiyanın atəşi nəticəsində Svyatogorsk Lavra Müqəddəs Yataqxanasının Bütün Müqəddəslər Sketesini genişmiqyaslı yanğın bürüyüb.

Kilsənin artıq tamam yanıb kül olduğu bildirilir.

Rusiya və Ukrayna hakimiyyəti bir-birini Svyatogorsk Lavrası yandırmaqda ittiham edir.

Zelenskinin sözlərinə görə, Rusiya ordusu monastırı vurub, Svyatogorsk isə bir aydır ki, atəşə tutulur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə isə, tarixi-memarlıq qoruğu Ukrayna desantları tərəfindən yandırılıb.

Donetsk vilayətinin Ukrayna hissəsindəki Svyatogorsk şəhəri yaxınlığında yerləşir. Rusiya və Ukrayna hərbçiləri artıq qarşılıqlı ittihamlar irəli sürüblər.

Xatırladaq ki, Svyatogorsk ərazisində aktiv döyüşlər çərşənbə günü, iyunun 1-də başlayıb. Ukraynanın Baş Qərargahı şəhərin kənarında artilleriya atəşinin başladığını elan edib.

Eyni zamanda, Svyatogorsk Lavra ərazisinə mərminin atıldığı, iki rahib və bir rahibənin öldüyü barədə məlumatlar var. Rusiya Müdafiə Nazirliyi şəhərə hücum və onun altında gedən döyüşlər barədə məlumat verməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*