Sərhədi pozan Ermənistan vətəndaşı ilə bağlı detallar üzə çıxdı – YENİLƏNİBbackend

Sərhədi pozan Ermənistan vətəndaşı ilə bağlı detallar üzə çıxdı - YENİLƏNİB

Azərbaycan sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Raşid Aramis Begleryanla bağlı bəzi detallar üzə çıxıb. 

KONKRET.az caliber-ə istinadən xəbər verir ki, o, “Laçın” keçid məntəqəsindən yan keçərək, sərhədi adlamağa cəhd edib.

Məlumata görə, Begleryan guya ki, “Spayka” humanitar yük daşıma şirkətinin sürücüsünün köməkçisidir. Lakin onun təxribatlar törətmək və ya belə əməllərə zəmin hazırlamaq məqsədilə Azərbaycan ərazisinə göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deməyə əsas var.

19:41

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramayis saxlanılıb.

Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*