Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin baş zabiti Şamil Alıyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
KONKRET.az “Report”a istinadla xəbər verir ki, istintaq orqanı tərəfindən Şamil Alıyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar davam etdirilir.
