“Qarabağ Azərbaycan ərazisidir. 44 günlük müharibədən sonra bütün Qarabağ Azərbaycanın nəzarətinə keçib”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Arkadi Dubnov deyib:
“Qarabağ ətrafında baş verən hadisələrə nəzər salsaq, rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə hərbi əməliyyatların başlama təhlükəsi qalır. Düzdür Ermənistan sülhməramlıların fəaliyyətindən narazıdır. Bu gün elə bir vəziyyət yaranıb ki, regionda heç kim İlham Əliyevə təzyiq etmək gücündə deyil.
Azərbaycan Prezidenti öz ağıllı siyasətini davam etdirir, bildirir ki, Qarabağ problemi həll olunub və Qarabağ Azərbaycanın bir hissəsidir. Ona görə də Laçın dəhlizinin bağlanması uzun, siyasi yolun məntiqi sonudur. Bu, İlham Əliyevin arzuladığı nəticədir.
Təcrübə göstərdi ki, Azərbaycan Prezidentini heç nə ilə saxlamaq mümkün deyil. Bir məsələyə diqqət çəkmək lazımdır. Birinci və ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşan ermənilərin əksəriyyəti rəsmi Bakı üçün cinayətkardır. Onlar ölkə daxilində qanunsuz silahlı birləşmələrin tərkibində iştiraka görə günahkar hesab edilirlər. Deməli, əlində silah Azərbaycana qarşı vuruşan qarabağlıların hamısı cinayətkardır”.
Vəli Həsənov,
KONKRET.az