Şotlandiyada 2026-cı il dünya çempionatı ilə bağlı ilk oyun günü qeyri-iş günü elan olunub.
KONKRET.az xəbər verir ki, “Sun” nəşrinin məlumatına görə, kral III Çarlz Şotlandiya millisinin Haiti ilə keçirəcəyi ilk matç gününün rəsmi istirahət günü elan olunmasına razılıq verib.
Qərar birinci nazir Con Suinninin təşəbbüsü ilə qəbul olunub. Məqsəd azarkeşlərin matçı rahat izləməsi və növbəti gün işə adaptasiyasının asanlaşdırılmasıdır.
Qeyd edək ki, Şotlandiya 1998-ci ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsində çıxış edəcək və qrupda Haiti, Mərakeş və Braziliya ilə qarşılaşacaq. (qol.az)
