Dünyada bir gündə koronavirusdan 6 mindən çox insan öldü – Bu günün statistikasıbackend

Dünyada bir gündə koronavirusdan 6 mindən çox insan öldü - Bu günün statistikası

Dünyada koronavirusa yoluxma halları sayı bir gün ərzində demək olar, 85 min artıb və 2,8 milyona çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son məlumatlara görə, dünyada bir gün ərzində 84 900 yoluxma və 6 018 ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-a yoluxanların ümumi sayı 2 804 796-a çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.

Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 341 851 nəfər COVID-19-a yoluxub. Regionda ölüm hallarının sayı 122 218 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*