
Türkmənistanın məişət kimyəvi maddələri istehsal edən “Touch Hill” şirkəti tərkibində üzərlik oan maye sabun istehsalına başlayacaq.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, belə tərkibli sabunun təbii antiseptik xüsusiyyətlərə sahib olacağı iddia edilir.
Çünki üzərliyin toxumlarında bakterisid və anti-stafilokok xassəsi olan peqanidin alkaloidi var.
Xatırladaq ki, Türkmənistanda üzərlik koronavirusun yayılmasının qarşısını almaq üçün hər yerdə istifadə edilməyə başlanıb. Prezident Qurbanqulu Berdiməhəmmədov öz kitablarında bu bitkinin bir çox əhəmiyyətli xüsusiyyətlərini açıqlayıb.
“Üzərlikdən gələn tüstü gözə görünməyən müxtəlif viruslara qarşı aktiv təsirli bir vasitədir”, – deyən dövlət başçısı kütləvi tədbirlərdə üzərlikdən isifadəsini əmr edib.
