backend

Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu ötdü

Dünyada koronavirusa yoluxan 4 786 569 nəfər sağalıb, 468 712 nəfər isə virusdan ölüb.

KONKRET.az xəbər verir ki, indiyədək 9 005 326 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (2 347 701), Braziliya (1 073 376) və Rusiyada (585 680) qeydə alınıb.

Qeyd edək ki, iyunun 21-nə olan məlumata görə, Azərbaycanda ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4 947 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 049 test aparılıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 187 685 nəfər yoluxub. Onlardan 4 950 nəfər ölüb. /report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*