Dünyanın ağ və qara üzü – Azərbaycan və Ermənistanbackend

Dünyanın ağ və qara üzü - Azərbaycan və Ermənistan

Surxay Atakişiyev

İl üstünə il gəlir. Qocaman tarix üçün bir an, bizim üçünsə 365 günlük uzun bir müddət yaddaşlara hopur. Beləcə ömrümüzdən daha bir yarpaq düşür. Başqalarını bilmirəm, şəxsən mən budəfəki yeni ili çox böyük ovqatla qarşılayıram. Açığı, şəxsi həyatımda 2020-ci il heç nə ilə yadda qalmadı.

Amma ictimai əhəmiyyətinə görə 2020-ci ilin yaddaşımda əbədi olaraq qalacağına adım kimi əminəm. Çünki bu il Azərbaycan xalqı tarix yazdı. Bu il cəmi 44 gündə 30 ildə və bəlkə də son 200 ildə edə bilmədiyimizi etdik. Bütöv Azərbaycan xalqı yumruq kimi birləşərək, 30 illik həsrətin gözünü ovdu, nisgilə son verdi və ən nəhayət, 30 illik xəcalətin belini qırdı. Düzünü deyim ki, bu vaxtadək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün istisi, şirinliyi mənə çatmırdı. Əksinə, məni bu gün münasibəti ilə təbrik edəndə bir qədər əsəbiləşirdim.  Deyirdim ki, “Əşi, nə həmrəylik ey. Həmrəy ola bilsəydik, erməni qarşımızda nə qələt edirdi…”. Bu gün çox xoşbəxtəm ki, bu fikirləri keçmiş zamandakı kimi danışıram.

Bu gün mən kimləri təbrik etdimsə, ilk sözüm bu oldu ki, həmrəyliyimiz mübarək!  Axır ki, həmrəy olduq. 44 günülk müharibədə 7-77-dək uşaqlı, böyüklü, iqtidarlı müxalifətli hamı bir yumruq kimi birləşdi. 44 gündə və ondan ötən son 50 gündə mən bir kimsədən niyə, nə üçün suallarını eşitmədim. Bax həsrətində olduğum həmrəylik bu idi. Mən belə bir birliyə, həmrəyliyə təşnəs idim. Şükür olsun Tanrıma ki, o nəşəni, o sevinci mənə yaşatdı. Bu gün bir də ona görə qürurluyam ki, biz təkcə erməni faşistlərin başını əzmədik. Biz bütövlükdə xristian aləminin dizini qatladıq. Yeri gəlmişkən, son 100 ildə ilk dəfə idi ki, müsəlman ölkəsi xristian ölkəsinə qalib gəlirdi. Xatırladım ki, Azərbaycan-Ermənistan münaqişəsini ermənilər və onların xristian ağaları çoxdan etnik zəmindən çıxarıb dini müstəvidə müzakirələr aparırdılar. Ermənilər indi də ABŞ-da, Avropada və Rusiyada bar-bar bağırırlar ki, “Biz xristianlığın xilası üçün müharibə aparırıq. Ona görə də hər bir xristian dövlətinin borcudur ki, Ermənistana kömək eləsin”. Bu baxımdan Azərbaycanın Ermənistan üzərindəki şanlı qələbəsi həm türk dünyasının, həm də islam aləminin uğurudur.

Bu, mübaliğəsiz belədir. İndi neyləyim ki, bunu iranlı, iraqlı, suriyalı, səudiyyəli, misirli, tunisli bilmir. Bəlkə də bilirlər. Amma Azərbaycanın böyük hünərini etiraf etməyə cəsarətləri çatmır. Çünki son 20 ildə xristian aləmi İslam aləmini hərbi poliqona çevirib. Tunisi dağıtdılar, Liviyanı sökdülər, Misiri çökdürdülər, Suriyanı xarabazara çevirdilər, İraqı darmadağın etdilər, İransa can üstündədir. Amma kiçik Azərbaycan ABŞ, Rusiya və Avropanın nəhəng xristian dövlətlərinə türklər demiş, “kafa tutdu”. İslamafobiyanın beşiyi və ermənilərin böyük qardaşı Fransanın son 3 ayda hansı oyunlardan çıxdığını bir anlığa göz önünə gətirsək, məncə, kifayətdir.

Ermənilər sivilizasiyanın üz qarasıdır. Bunu mən demirəm. Müdriklər, aqillər, fatehlər deyir. Böyük fateh Əmir Teymur deyirdi ki, “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər”. Təbii ki, mən Böyük Fatehi lənətləmək fikrindən çox uzağam. Amma bir onu deyirəm, sonrakı peşmançılıq fayda verməz. Sədi Şirazi isə deyirdi ki, “Erməni yer üzünün ilanı, insanlığın düşmənidir”. Böyük Sədi göründüyü kimi, erməniləri çoxlarından, hətta bizdən də yaxşı tanıyırmış.

Amma görün aqillər, dahilər və fatehlər azərbaycanlılar- türklər haqqında nə deyib? Məsələn, Xarles Makfarlenenin fikrincə, “Türklər namusun və düzgünlüyün ən uca zirvəsidir”. Napoleon Bonapart isə deyirdi ki: “İnsanları ucaldan iki xüsusiyyət var: Kişinin cəsurluğu, qadının namusu. Bu iki xüsusiyyət türk millətində artıqlamasıyla var. Bu səbəbdən də onları öldürmək olar, məğlub etmək isə əsla”. Bu fikrin sübutunu sivilizasiya son 30 ildə bir daha görüb, şahidi oldu. Ermənilər xarici havadarlarının hər tərəfli dəstəyi hesabına son 30 ildə 30 minə yaxın soydaşımızı qətlə yetirdi. Lakin Azərbaycana qalib gələ bilmədi. Sonda ermənilər türkün dəmir yumruğu altında əzildi. Böyük fransız səyyahı və yazıçısı Aleksandr Düma deyirdi ki, “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər”.

Təsadüfi deyil ki, son 30 ildə, xüsusilə də, 44 günlük müharibə vaxtı ermənilər ABŞ, Rusiya və Avropa dövlətlərinə minnət qoyurdu ki, biz sizlərə görə türklərlə düşmən olmuşuq. Biz xristian aləmi üçün İslam dünyası ilə üz-üzə qalmışıq. Lakin Aleksandr Düma kimi bir çox fransızlar, eləcə də digər ölkələrin işıqlı vətəndaşları çox gözəl bilirdilər ki, ermənilərin davası yorğan davasıdır. Onlar nə insanlıqdan, nə də ki dindən, imandan anlamazlar. Təsadüfi deyil ki, ingilis səyyahı Vilson deyirdi: ”Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər”. Bəli,olmayan şeyi böyütmək sarıdan ermənilərin analoqu yoxdur. Tək bir faktı desək, kifayət edər. Olmayan qırğın haqqından ermənilər 100 ildir ki, “soyqrım” nağılı danışırlar.

Hələ demirəm ki, Qarabağdan çıxmamış adlarına çıxdıqları alban abidələrin dağıdılması və türk vəhşiliyi haqqında hay-həşir saldılar. Amma kimin kim olduğunu hamı yaxşı bilir. Komenius deyir ki, ”Türklər qəhrəmandırlar, dostlarına zərər verməzlər. Bir əldən möhkəm yapışdıqları zaman onu buraxmazlar. Belə bir millətlə dost olduqdan sonra bütün dünyanı ram edə bilərsən”. Və bu həqiqəti ABŞ da, Rusiya da və hətta əksər Avropa dövlətləri gec də olsa, başa düşdülər. 44 günlük müharibədə həmin dövlətlər Azərbaycanın tərəfini tutmasalar da, Ermənistan üçün də bir şey etmədilər.Təbii ki, müəyyən istisnalar oldu. Meşə fransızsız, pardon çaqqalsız olmaz.

Belə müqayisələri uzatmaq olar. Lakin, nəticə dəyişməyəcək. Böyük Puşkin deyirdi, “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”. Ermənilər həyatda rast gəldiyimiz bütün pisliklərin konkret formuludur.

Ona görə də 2020-ci il mənim üçün bir də ona görə əlamətdar oldu ki, ermənilərin əsl mahiyyətini sivilizasiyaya və hətta onların ən yaxın müttəfiqlərinə göstərdik. Sübut etdik ki, ermənilər insanlığın üz qarasıdır. Azərbaycanlılar isə insanlığın ağ üzüdür. Çünki ağ rəng ki ləkə götürmür. Azərbaycan xalqı da bu il üzərindəki ləkəni atdı. Və bununla paralel, Azərbaycan sivilizasiyanı, elə ermənilərin özlərini də panerməni xəstəliyindən xilas etdi. Ona görə də böyük fəxr və qürurla deyirəm ki, bu il bəşəriyyət dünyanın ağ və qara üzü – Azərbaycan və Ermənistanı bir daha gördü tanıdı və sevdi, lənətlədi…

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*