Dubay ildə 255 milyon sərnişin tutumuna malik dünyanın ən böyük hava limanını tikir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, “Dubai World Central” olaraq da tanınan hava limanı 14 min hektar və ya 35 min akr ərazini ərazini əhatə edəcək.
Müqayisə üçün qeyd edək ki, məşhur Los-Anceles Beynəlxalq Hava Limanı 3500 akr, Con Kennedi Beynəlxalq Hava Limanı isə 4930 akr ərazini əhatə edir.
Məlumata görə, 33 milyard dollar dəyərində olan layihə 13 il əvvəl yük əməliyyatları üçün istifadəyə verilib. Belə ki, hava limanı 2050-ci ilə qədər 255 milyon nəfərə xidmət göstərə biləcək.
Hava limanında işlərin birinci mərhələ 2030-cu ilə qədər tamamlanmalıdır.
Qeyd edək ki, Dubay Beynəlxalq Hava Limanı hazırda 2900 hektar ərazini əhatə edir və 2022-ci ildə 66,1 milyon sərnişinə xidmət göstərib. 2030-cu ilə qədər Əl-Maktum Beynəlxalq Hava Limanında logistika mərkəzi, lüks qolf kurortu, 3 milyon kvadratmetrlik ticarət, sərgi, yaşayış və mehmanxana kompleksi olacaq.

İqbal Rzayev,
KONKRET.az
