Dünyanın ən yaşlı adamı hesab edilən “Tio Visente” kimi tanınan venesuelalı Xuan Visente Peres Mora 114 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, onun ölümünü Venesuela prezidenti Nikolas Maduro elan edib.
Qeyd edək ki, Ginnesin Rekordlar Kitabı 4 fevral 2022-ci ildə Peresi rəsmi olaraq dünyanın ən yaşlı insanı kimi təsdiqləyib. 2022-ci ilin qeydlərinə görə 11 uşaq atası olan Peresin cəmi 41 nəvəsi, 18 nəticəsi və 12 kötücəsi var.
Peres 27 may 1909-cu ildə Andean əyalətinin Taçira əyalətinin El Kobre şəhərində çoxuşaqlı ailədə anadan olub. Ginnesin Rekordlar Kitabına görə, 5 yaşında olarkən Peres atasına və qardaşlarına şəkər qamışı və qəhvə yığmaq kimi əkinçilik işlərində kömək etməyə başlayıb.
Ariz Həsənoğlu,
KONKRET.az
