Dünyaşöhrətli zərgər Bulqari vəfat edibbackend

Dünyaşöhrətli zərgər Bulqari vəfat edib

“Bulgari” brendini yüksək moda dünyasında qlobal səviyyəyə çıxaran italiyalı zərgər Paolo Bulqari 89 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu haqda “La Repubblica” nəşri məlumat yayıb.

Dəfn mərasiminin noyabrın 23-də Romada keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, məşhur zərgərlik brendinin tarixi İtaliya paytaxtı ilə sıx bağlıdır. Şirkətin əsası Paolonun babası, yunan əsilli mühacir Sotirio Bulqari tərəfindən qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*