“Düşünmək üçün bir saniyəm var idi”  – Terrorçunu zərərsizləşdirən şəxs danışdıbackend

"Düşünmək üçün bir saniyəm var idi"  - Terrorçunu zərərsizləşdirən şəxs danışdı

“Krokus Siti Holl”da baş verən insident zamanı terrorçunu zərərsizləşdirən şəxs məlum olub.

KONKRET.az xəbər verir ki, “Piknik” qrupunun çıxışını izləməyə gələn qonaqlardan biri terrorçunu zərərsizləşdirərək insanları xilas edib.

O, avtomat silahla terrorçunu tərksilah edə bilib. Terrorçu avtomatı yenidən doldurarkən zərərsizləşdirilib.

Şahidlərin sözlərinə görə, onun sayəsində onlarla insan təcili çıxışdan qaçaraq canını qurtara bilib.

Adını açıqlamaq istəməyən şəxsin szölərinə görə, hücum zamanı o, həyat yoldaşı ilə birlikdə aşağı mərtəbədə olub. Soyuqqanlılıqla insanlara atəş açan terrorçunun arakəsmə arxasından necə çıxdığını görüb.

Arvadıma baxdım, gözlərində dəşətli həyəcan gördüm və bir şey etməli olduğumu başa düşdüm. O bizə çatanda silahını yenidən doldurmağa başladı. Düşünmək üçün bir saniyəm var idi, arvadımı itələdim və terrorçunu yaxaladım, sol əlimlə avtomatı tutub aşağı çəkdim və sağ əlimlə onun başına vurmağa başladım.

Bu zaman başqa bir kişi kömək üçün qaçaraq gəldi. Biz onu tərksilah etməyi bacardıq.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*