DYP maşınının üzərində pivəylə foto çəkdirən gənc saxlanıldı – FOTOLARbackend

DYP maşınının üzərində pivəylə foto çəkdirən gənc saxlanıldı - FOTOLAR

Bakıda Dövlət Yol Polisinə məxsus xidməti maşınların üzərinə çıxaraq şəkil çəkdirən gənc saxlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, həmin şəxsin maşınların üzərində pivə içən zaman çəkilmiş fotoları ilə bağlı araşdırmalar aparılıb.

Məlum olub ki, həmin gənc Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir.

O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə təhvil verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*