Efiopiya ordusunun 167 hərbçisi terrorçularla döyüşdə həlak oldubackend

Efiopiya ordusunun 167 hərbçisi terrorçularla döyüşdə həlak oldu

Somalinin qərbində Efiopiya ordusunun onlarla hərbçisi radikal “Aş-Şabab” qruplaşmasının yaraqlıları ilə şiddətli döyüşdə həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” hərbi toqquşmanın baş verdiyi ərazidə Rab-Dhure şəhərinin sakinlərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, döyüş ağır silahlardan istifadə edilməklə aparılıb. Rab-Dhure Somali ilə Efiopiya sərhədində yerləşir.

Öz növbəsində Somalinin xəbər portalı “Garowe” bildirib ki, Efiopiya ordusunun karvanı pusquya düşüb və 167 hərbi qulluqçu həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*