Prezidentin yüksək vəzifə verdiyi 33 yaşlı Əli Nəbiyev kimdir?backend

Prezidentin yüksək vəzifə verdiyi 33 yaşlı Əli Nəbiyev kimdir?

Xəbər verdiyimiz kimi, Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini təyin edilib.

KONKRET.az xəbər verir ki, 33 yaşlı Əli Nəbiyev 2023-cü ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

O, ali təhsilini Hüquqşünaslıq ixtisası üzrə Bakı Dövlət Universitetində, Biznesin təşkili və idarə edilməsi (MBA) üzrə Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Pepperoni pizza

2016 – 2019-cu illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2019 – 2021-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib.

2021 – 2023-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

30 iyun 2021-ci ildən Mediasiya Şurasının İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*