Əfqanıstanda 23 milyondan çox veb-sayt BLOKLANDIbackend

Əfqanıstanda 23 milyondan çox veb-sayt BLOKLANDI

“Taliban” hakimiyyəti Əfqanıstanda 23,4 milyon saytı “qeyri-etik” hesab edərək bloklayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TOLO News” telekanalı məlumat yayıb.

Rabitə naziri Nəcibullah Haqqani bildirib ki, bəzi gənclər kasıb olmalarına baxmayaraq, vaxtlarını bu “qeyri-etik” saytlara baxmaqla keçirirlər.

Nazirlikdən verilən məlumata görə, ölkə qeyri-qanuni SİM-kartların yayılması ilə də mübarizə aparır.

Bildirilib ki, qeyri-qanuni SİM kartların 85-90 faizinin istifadəsinin qarşısı alınıb.

Xatırladaq ki, “Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*