Əfqanıstanda 6,8 bal gücündə ZƏLZƏLƏ: 2 ölü və 120 yaralı – YENİLƏNİBbackend

Əfqanıstanda 6,8 bal gücündə ZƏLZƏLƏ: 2 ölü və 120 yaralı - YENİLƏNİB

Pakistanda zəlzələ sonrası fövqəladə vəziyət elan edilib.

KONKRET.az xəbər verir ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 120-dən artıq insan yaralanıb.

23:26

Əfqanıstanda baş verən güclü zəlzələ Pakistanda dağıntılara və itkilərə səbəb olub.

KONKRET.az xəbər verir ki, zəlzələ 194 km dərinlikdə baş verib və episentri Əfqanıstanın ucqar şimalındakı Bədəxşan əyalətinin yaxınlığında, Hindukuş dağ silsiləsində yerləşib.

Pakistanın şimalındakı Svat rayonunda zəlzələnin təsiri ilə divar uçub, 13 yaşlı qız həlak olub, 34 nəfər isə yaralanıb. Əfqanıstanda dağıntıların olub-olmaması barədə məlumat verilməyib, hazırda yoxlamalar aparılır.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,5 ​​bal gücündə olub. Pakistan, Hindistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan və Türkmənistanda təxminən 285 milyon insan tərəfindən hiss edilib.

22:59

Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss olunub.

KONKRET.az xəbər verir ki, bir sıra binalarda çatlar əmələ gəlib, yaşayış binaları yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu gün Əfqanıstanda 7,8 ​​maqnitudada zəlzələ baş verib. Zəlzələnin episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 195 km şərqdə yerləşib.

21:11

Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*