Əfqanıstanda ikinci dəfə güclü zəlzələ baş verdibackend

Əfqanıstanda ikinci dəfə güclü zəlzələ baş verdi

Əfqanıstanda bir neçə gün ərzində ikinci dəfə güclü zəlzələ baş verdi.

KONKRET.az xəbər verir sonuncu zəlzələ Heratdan təxminən 28 kilometr aralıda 6,3 bal gücündə qeydə alınıb.

Baş verən zəlzələ nəticəsində azı 80 nəfər xəsarət alıb və torpaq sürüşməsi Herat-Torqondi magistral yolunu bağlayıb.

Qeyd edək ki, ötən günlərdə baş verən zəlzələlər Çahak kəndindəki 700 evin hamısını dağıdıb.

Taliban rəsmiləri bildiriblər ki, Heratda əvvəlki zəlzələlər 2000-dən çox insanın ölümünə səbəb olub.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*