Əfv Komissiyasının növbəti iclası keçirildibackend

Əfv Komissiyasının növbəti iclası keçirildi

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Bundan əlavə, iclasda Baş Prokuror, Ali Məhkəmənin sədri və Ombsudman da iştirak edib. Komissiyanın işi məhsuldar oldu. 100-dən artıq müraciətə baxıldı. Bu müraciətlər əsasən əcnəbilər və hərbi qulluqçularla bağlı müraciətlər idi. Hər müraciət ətrafında xeyli müzakirələr aparıldı. Əvvələr  komissiyada Ali Məhkəmənin və Baş Prokurorluğun məhkumlarla bağlı rəyi olurdusa, indi artıq Prezident Admirstrasiyasının şöbələrinin və digər hüquq-mühafizə orqanlarının rəyi də bildirilib. Bu baxımdan hər bir müraciətə ətraflı yanaşmaq, eyni zamanda komissiyanın hər bir üzvünün fikrini öyrənmək baxımından münbit bir şərait yaranıb. Komissiya bu templə işləsə, Novruz bayramına qədər bütün hazır müraciətlərə baxılması mümkün olacaq. Tam siyahı ölkə Prezidentinə təqdim olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*