Sənətçi Vergilər Nazirliyinin ona verdiyi 250 manat yardım paketini aldığı üçün sosial şəbəkə izləyiciləri tərəfindən “qarğış yiyəsi” olduğunu açıqlayıb:
“2005-ci ildən dövlətə vergi ödəyirəm. Vergilər Nazirliyi bütün vergi ödəyicilərinə kompensasiya ayırmışdı. O yardım paketindən mən də yararlandım. Yazdılar ki, Vergilər Nazirliyi İzzətə 250 manat yardım verdi. Bu xəbərə bir saat içində 2000-dən çox şərh gəldi. İzləyicilər mənim 250 manat yardım almağıma görə tənqid etdilər. O şərhləri oxuyandan sonra şoka düşdüm”.
Sosial şəbəkə istifadəçilərinin yazdığı “İzzətin zamanı və dövranı gedib” rəylərinə müğənninin reaksiyası sərt olub:
“Bu cür cılız söhbətlərə reaksiya vermirəm. Onun-bunun fitvasına gedən insan deyiləm. Mənə pis şərhlər yazanlara cavab vermirəm, dərhal qara siyahıya atıram”.
axeber
