İranın son şahının oğlu Rza Pəhləvi İslam Respublikasına qarşı təzyiqlərin davam etdirilməsinə çağırıb.
KONKRET.az xəbər verir ki, Pəhləvi “Fox” telekanalına müsahibəsində bildirib ki, mövcud rejim hakimiyyətdə qaldıqca, heç kimin özünü təhlükəsiz hiss etməsi mümkün deyil:
“Rejim zəifləyib, lakin hələ də sistem daxilində fəaliyyət göstərən strukturlar var və onların aradan qaldırılması lazımdır. Rejim süqut həddinə çatdıqda, xalq vəziyyəti öz nəzarətinə götürməyə hazır olacaq.”
O, vurğulayıb ki, bu proses koordinasiyalı şəkildə aparılmalıdır və yalnız daxili səylər kifayət deyil:
“Biz bir millət olaraq öz töhfəmizi verəcəyik, lakin xarici dəstəyə ehtiyacımız var. Bu dəstək artıq başlayıb, amma yarımçıq dayanmamalıdır”.
Pəhləvi əlavə edib ki, İran rəhbərliyi heç vaxt real danışıqlara meylli olmayıb:
“Rejim heç vaxt danışıqlar aparmaq niyyətində olmayıb. Çünki azad dünya ilə birgə mövcudluq onun təbiətinə uyğun deyil”.
Müşviq Tofiqoğlu
KONKRET.az
