10 yaşlı Eldarın ölümünə səbəb olan sürücü ilə bağlı ilginc faktbackend

10 yaşlı Eldarın ölümünə səbəb olan sürücü ilə bağlı ilginc fakt

Ötən gün Gürcüstanın Marneuli rayonunda baş verən avtomobil qəzasında 10 yaşlı Eldar Hüseynovun ölümünə səbəb olan sürücü saxlanılıb.

KONKRET.az oxu.az-a xəbər verir ki, bu barədə aktual.ge saytı məlumat yayıb.

Bildirilib ki, sürücü hadisədən sonra gecə saatlarında polis tərəfindən ələ keçirilib. Xəbər portalının sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə aparılır. Məlumata görə, 19 yaşlı sürücü Bolnisi bələdiyyəsinin Daşdıqullar kəndinin sakinidir və hərbi xidmətdən bir neçə günlük məzuniyyətə gəlib.

Xatırladaq ki, Gürcüstanda aprelin 28-də yerli vaxtla saat 18:30-da Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində yol kənarında velosipedlə oynayan 10 yaşlı Eldar Hüseynovu yüksək sürətlə hərəkət edən avtomobil vurub. Hadisə faciə ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*