Kür qalxdı: Kəndləri birləşdirən körpü su altında qaldıbackend

Kür qalxdı: Kəndləri birləşdirən körpü su altında qaldı

Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Qruzma kəndlərini birləşdirən ponton körpü artıq su altında qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Report-a Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov məlumat verib.

O bildirib ki, nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.

Qeyd olunub ki, çayda suyun artmasına səbəb son günlər intensiv yağan yağışların nəticəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*