Əhalinin NƏZƏRİNƏ: Bunu etməsəniz 30 manat cərimələnəcəksinizbackend

Əhalinin NƏZƏRİNƏ: Bunu etməsəniz 30 manat cərimələnəcəksiniz

“Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni konsepsiyanın hazırlanması və bu sahədə nəzarət mexanizminin formalaşdırılması gözlənilir”.

Bu fikirləri sığorta eksperti Emil Ağabağırov KONKRET.az-a açıqlamasında səsləndirib.

Sığortada saxtakarlıq halları…”-Emil Ağabağırov - Sigortalı Azerbaycan

“Qanunvericiliyə əsasən, fiziki şəxslər daşınmaz əmlaklarını icbari qaydada sığorta etdirməlidirlər. Bu tələbin yerinə yetirilmədiyi hallarda isə 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Lakin hazırda bu sahədə icranı və nəzarəti həyata keçirən müvafiq dövlət orqanının tam şəkildə formalaşmaması səbəbindən sığortalanma səviyyəsi aşağı qalır. Vətəndaşlar bunu etmir. Çünki cərimə tətbiq edən konkret dövlət orqanı yoxdur”.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu istiqamətdə nəzarət orqanının müəyyənləşdirilməsi gözlənilir. Dəqiq tarix və ya hansı ayda həyata keçiriləcəyi barədə məlumat yoxdur.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası təbii fəlakətlər və digər risklər nəticəsində yarana biləcək maddi zərərlərin qarşılanmasına xidmət edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*