ƏHALİNİN NƏZƏRİNƏ: Xəbərdarlıqbackend

ƏHALİNİN NƏZƏRİNƏ: Xəbərdarlıq

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq.

KONKRET.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş səhtində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kültə atılması (TKA) baş verib.

Bunun nəticəsində plazma kütləsinin iyun ayının ortaları üçün Yer yaxınlığından keçməsi proqnozlaşdırılır.

Bildirilib ki, İyunun 4-də saat 15:00-dan sonra Kp əmsalı 5 olan G1 səviyyəli geomaqnit qasırğası baş verəcək. Bu, iyunun 5-i səhər saatlarınadək davam edəcək. Gecə yarısı (5 iyun saat 00:00-03:00 aralığında) qasırğanın gücünün Kp əmsalı ilə 6 olacağı proqnozlaşdırılır.

İyunun 5-i saat 09:00-dan sonrakı müddətdə geomaqnit qasırğa sakit fon səviyyəsində olacaq. Prosesin Yerətrafı orbitdə olan aparatlara təsir etmə ehtimalı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*