Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarında qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 6,8 faiz yüksəlib.
Qeyri-ərzaq malları üzrə qiymət artımı 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,4 faiz təşkil edib.
Beləliklə, qiymət artımı ən yüksək qida məhsulları, içkilər və tütün məmulatları qrupunda qeydə alınıb.
