Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 10-14, gündüz 16-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə 65-70 faiz təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağıntı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Bəzi yerlərdə duman müşahidə olunacaq.
Bölgələrdə havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 1-6, gündüz 8-13 dərəcə isti gözlənilir. Mülayim qərb küləyi əsəcək.
