Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, sürüşmənin aktivliyi davam edirbackend

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, sürüşmənin aktivliyi davam edir

Badamdar–20-ci sahədə sürüşmə sahəsində çatlar genişlənib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Ərazidə vəziyyətin dinamikası izlənilir.

Qeyd edək ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə sürüşmə hadisəsi baş vermişdi. Həmçinin ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*