Əhməd İsmayılov “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti  ilə görüşdü – FOTObackend

Əhməd İsmayılov “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti ilə görüşdü - FOTO

Medianın İnkişafı Agentliyində “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti ilə görüş keçirilib.

KONKRET.az xəbər verir ki, sentyabrın 2-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti Məhəmməd Qulam Məhəmməd Bob ilə görüşüb.

Görüş zamanı Əhməd İsmayılov qonağa Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

“Əl-Cəzirə” Media Şəbəkəsinin baş jurnalisti Məhəmməd Qulam Məhəmməd Bob isə əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib.

Görüşdə səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*