Əkizlər haqqında 5 MARAQLI FAKT: fərqli atalar, müxtəlif yaşlar…backend

Əkizlər haqqında 5 MARAQLI FAKT: fərqli atalar, müxtəlif yaşlar...

Əkizlərin fərqli ataları və hətta fərqli irqlərdən ola biləcəyini bilirdinizmi?

KONKRET.az əkizlər haqqında bəzi maraqlı faktları təqdim edir.

Əkizlərin fərqli ataları ola bilər

Bu, əlbəttə ki, son dərəcə nadirdir, lakin mümkünsüz deyil. Bir qadın qısa müddətdə 2 fərqli kişi ilə cinsi əlaqədə olarsa və bətnində eyni anda birdən çox mayalanma baş verərsə, həmin qadın hər ikisindən hamilə qala bilər.

Əkizlər fərqli irqlərdən ola bilər

Əgər cütlük fərqli irqdəndirsə, fərqli dəri rənglərinə sahib əkizləri ola bilər. Bir uşaq atanın, digəri ananın xüsusiyyətlərini miras ala bilər.

Əkizlərin müxtəlif hamiləlik yaşları ola bilər

Bəzi hallarda əkizlər fərqli günlərdə dünyaya gələ bilər. Əkizlərin az qala 3 aylıq fasilələrlə dünyaya gəlməsi halları da olub.

Əkizlərin də fərqli barmaq izləri var

Barmaq izləri hamiləliyin ilk trimestrində fetusda sinir sisteminin toxumaları ilə birlikdə meydana gəlir. Hər barmaqdakı naxışın təkrarsızlığı yalnız genetik deyil, xarici faktorlarla da müəyyən edilir (dölün uşaqlıqdakı vəziyyəti, böyümə sürəti, ananın qidalanması və s.). Buna görə, eyni əkizlərin də fərqli barmaq nümunələri olacaqdır.

Eyni əkiz uşaqları

Əkiz qardaşlar əkiz bacılarla ailə qursa, uşaqları da əkiz olacaq.(publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*