Ekspert Putinlə Hitler arasındakı əsas oxşarlığı açıqlayıb.
KONKRET.az xəbər verir ki, hərbi ekspert Oleq Jdanovun fikrincə, Kreml rəhbəri Ukraynaya qarşı müharibəyə şəxsən rəhbərlik etməyə çalışır. Ekspert hesab edir ki, bu, onlar üçün çox yaxşı əlamətdir.
“Siyasətçilər müharibənin təfərrüatlarına nə qədər çox girsələr, bu müharibə bir o qədər tez məğlubiyyətə məhkum olacaq. Ona görə də qoy Putin əmr versin. Hətta tarixi bir bənzətmə də misal çəkə bilərik. 1945-ci ilin mart-aprel aylarında Hitler də eyni şeyi etdi. Ən çox şərq və qərb cəbhələrində müharibənin gedişatında köklü dönüş nöqtəsinə nail olmaq üçün hər həftə feldmarşalları dəyişirdi. Bu da onun sonunu gətirdi”, – Jdanov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
