Jurnalist Azər Həsrət sayt açır.
KONKRET.az xəbər verir ki, bu barədə A.Həsrət özü məlumat yayıb.
“Bir neçə gün sonra görüşünüzə yeni bir media platformasıyla gəlməyi planlaşdırırıq. Artıq hazırlıqlar gedir. Əslində, elan da edə bilərdik, amma düşündük ki, bir balaca gözləyək. İndilikdə onu deyə bilərik ki, ucuz xəbərçilikdən, dedi-qodudan və şayiələrdən uzaq bir media fəaliyyətimiz olacaq. Biz hər boş məsələni yazan deyilik, yazdığımızı da silən deyilik. İP arxasınca isə, ümumiyyətlə, qaçan deyilik. Əhatəmiz geniş olacaq. Türk dünyasına özəl diqqət ayıracaq, beynəlxalq məsələləri də Azərbaycan oxucusunun alışmadığı bir şəkildə işıqlandıracağıq”, – deyə A.Həsrət qeyd edib.
Qeyd edək ki, Azər Həsrət mediada vaxtaşırı Əli Həsənovun ən yaxın adamı kimi xarakterizə edilir. Müsahibələrinin birində isə o, bir qədər də qabağa gedərək etiraf etmişdi ki, Həsənova trolluq edib.
Natiq Səlim,
KONKRET.az

