Əli Vəliyev qalib gəldi – Aynur Camalın şikayəti rədd edildibackend

Əli Vəliyev qalib gəldi - Aynur Camalın şikayəti rədd edildi

Teleqraf saytının rəhbəri Aynur Camalın Manset.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə prosesinə yekun vurulub.

KONKRET.az xəbər verir ki, mansetaz-ın əldə etdiyi məlumata görə,  Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə Aynur Camalın şikayəti rədd edilib.

Məhkəmə prosesi bundan əvvəl bir neçə dəfə təxirə salınsa da, qərar bu gün elan olunub.

Qeyd edək ki, Aynur Camal rəhbəri olduğu saytlarda Manset.az xəbər portalının istehsalı olan özəl xəbərləri istinadsız yayımlayıb. Bu barədə ona dəfələrlə xəbərdarlıq edilsə də, həmin addımlarını yenə davam etdirib. Bütün bu hadisələr fonunda həm saytın özəl xəbərlərini istinadsız yayımlaması, həm də portalın baş redaktoru Əli Vəliyevi məhkəməyə verməsi onun “peşəkar” fəaliyyətindən xəbər verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*