İlham Əliyev və Paşinyan İspaniyada görüşə bilərbackend

İlham Əliyev və Paşinyan İspaniyada görüşə bilər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda Qranadada (İspaniya) görüşə bilərlər.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Brüsseldə keçirilən görüşdən sonra onlar oktyabrda Qranadada liderlərin iştirakı ilə daha bir görüşün planlaşdırıldığını açıqlayıblar”, – deyə Mirzoyan bildirib.

Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentdə “hökumət saatı”nda iki ölkə başçılarının görüşünün mümkünlüyü barədə sualı cavablandırarkən, bir sıra dövlətlərin liderlərinin onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş təşkil etməyə hazır olduqlarını bildiriblər.

“Telefon danışıqlarında mən buna hazır olduğumu bildirdim və vasitəçilər belə bir görüşün təşkili üçün işləməyə hazır olduqlarını bəyan etdilər”, – deyə Ermənistanın baş naziri bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*