Elman Nəsirov: “”Mənə xəstəlik arzu edənlər onsuz da bədbəxt günə düşüblər”backend

Elman Nəsirov: “"Mənə xəstəlik arzu edənlər onsuz da bədbəxt günə düşüblər"

“Bu gün mən də koronovirusa görə tibbi yoxlamadan keçdim, nəticəsi hələ bəlli deyil. Yəqin ki, nəticəsi barədə sabah bizə məlumat veriləcək”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Deputat deyib ki, onunla bərabər digər millət vəkilləri də Milli Məclisdən tibbi yoxlamadan keçiblər: “İnşallah hər şey yaxşı olacaq. Nə qədər deyilənlərə çox əməl edilsə, bu xəstəlik də bir o qədər tez bitəcək”

E.Nəsirov sosial şəbəkələrdə ona koronovirusa yoluxmağı arzu edənlərə də cavab verib: “Bunu arzu edənlər və yazanlar gec-tez Allahın qəzəbinə düçar olacaqlar. Həmin insan onsuz da bədbəxt günə düşüblər ki, bu cür mənasız fikirlər səsləndirirlər”. /Demokrat.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*