Elvin Basqallıdan qəza AÇIQLAMASI: “Əsgər görüşündən gəlirdik…”backend

Elvin Basqallıdan qəza AÇIQLAMASI: “Əsgər görüşündən gəlirdik...

Tanınmış aparıcı Elvin Basqallı keçirdiyi avtomobil qəzasının hansı şəraitdə baş verdiyini açıqlayıb.

KONKRET.az-ın xəbərinə görə, aparıcı Gəncədən gəldiklərini bildirib:

“Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram”.

Xatırladaq ki, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşıb. Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*