Ən çox işıq pulu yazan cihaz bu İMİŞbackend

Ən çox işıq pulu yazan cihaz bu İMİŞ

Evdə elektrik xərclərini azaltmaq üçün adətən paltaryuyan və qabyuyan maşınlar az işlədilir. Beynəlxalq energetika qurumlarının hesabatı isə bunun yanlış olduğunu göstərir. Araşdırmaya əsasən, evdəki tək cihaz ümumi işıq pulunun 25 faizini təşkil edir.

KONKRET.az demokrat.az-a istinadən xəbər verir ki, soyuducu bu siyahıda birincidir. İl boyu fasiləsiz işləyən soyuducular elektrik xərclərinin dörddə birini aparır. Bu cihazlar modelindən asılı olaraq ildə orta hesabla 200-500 kilovat-saat enerji sərf edir.

Dondurucular da davamlı işləyir və ildə 100-500 kilovat-saat enerji işlədir. Bu cihazların daxilində yaranan hər 3 millimetrlik buz təbəqəsi elektrik sərfiyyatını 30 faiz artırır.

Elektrikli qızdırıcılar isə ən çox enerji aparan cihazlardır. Onların illik orta sərfiyyatı 3800 kilovat-saat həcmindədir. Paltarqurudan maşınlar ildə orta hesabla 350, qabyuyanlar 240, paltaryuyanlar isə cəmi 191 kilovat-saat enerji mənimsəyir.

Hesabatda internet modemləri ilə bağlı təəccüblü fakt yer alıb. Gün boyu sönməyən modemlər ildə 165 kilovat-saat elektrik enerjisi xərcləyir. Bu göstərici ilə onlar adi sobaları da qabaqlayır. Mətbəx sobaları ildə 130, mikrodalğalı sobalar 90, elektrik plitələri isə təxminən 236 kilovat-saat enerji sərf edir.

Ekspertlər qənaət üçün vacib üsullar təklif edir. Yeni texnika alarkən yüksək enerji səmərəliliyi sinfi seçilməlidir. Soyuducu və dondurucuların buzu müntəzəm təmizlənməlidir. Paltaryuyan və qabyuyan maşınlarda mütləq qənaət (Eco) rejimi yandırılmalıdır. Televizor və kompüterlər gözləmə rejimində də enerji aparır. Bu səbəbdən istifadə edilməyən cihazların naqili xəttdən çıxarılmalıdır.

Qısası, evdə ən çox işıq pulu yazan cihaz davamlı işləyən soyuducudur, həmçinin heç vaxt söndürmədiyimiz internet modemi də adi sobadan daha çox elektrik enerjisi xərcləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*