Əqli qüsurlu şəxsə qarşı qəddarlıq: Üzərinə çirkli su töküb döydülər – VİDEObackend

Əqli qüsurlu şəxsə qarşı qəddarlıq: Üzərinə çirkli su töküb döydülər – VİDEO

Türkiyənin Diyarbəkir əyalətində yaşayan 16 yaşlı qüsurlu yeniyetmə küçənin ortasında döyülüb.
KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, qüsurlu şəxsin lağa qoyularaq döyüldünü görən ətrafdakılar kömək etmək yerinə onu videoya çəkiblər.
Əvvəlcə satış mərkəzinin qarşısında əqli qüsurlu Emre Oruçun üzərinə qapıçı və satıcılar tərəfindən çirkli su tökülüb. Daha sonra gənci pol taxtası və təpiklə vurublar.
Yaşanan hadisə təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb. Görüntüləri görən gəncin atası Ahmet Oruç şoka düşüb və bunları bildirib:
“Daha əvvəl də belə bir hal yaşanıb. Nə deyəcəyimi bilmirəm. Kaş yaşanmasaydı, etməsəydilər. Qüsurlu vətəndaşlarımıza qarşı daha həssas davranmalıyıq. Bu cahillikdir, həmin şəxslər barəsində şikayət edəcəm”.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*