Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk iftarını Kahramanmaraşda zəlzələdən zərərçəkənlərlə birlikdə açacaq.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, ölkə başçısı bununla əlaqədar olaraq sabah Kahramanmaraşa gedəcək. Onun öncə şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə maraqlanacağı bildirilir.
Daha sonra Prezident Kahramanmaraşda vətəndaşlarla görüşərək, zəlzələdən zərərçəkənlərlə iftar süfrəsinə qatılacaq.
Ərdoğan Ramazan ayı boyunca zəlzələ bölgəsində vətəndaşlarla görüşlərini davam etdirəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
