“Ərdoğan sülh danışıqlarında vasitəçi olmayacaq” – Peskovbackend

"Ərdoğan sülh danışıqlarında vasitəçi olmayacaq" - Peskov

Peskov Ərdoğanın Ukrayna ilə sülh danışıqlarında vasitəçiliyini istisna edib.

KONKRET.az-ın məlumata görə, o bildirib ki, Türkiyə prezidenti Rusiya və Ukrayna arasında sülh danışıqlarında mümkün vasitəçi deyil.

“Ərdoğanın bu məsələdə vasitəçilik etməsi qeyri-mümkündür”, – deyə Peskov əlavə edib.

Prezident Vladimir Putin iyulun 3-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ərdoğanla görüşüb. Görüşdə Türkiyə lideri bildirib ki, Ankara əvvəlcə atəşkəs, sonra isə hər iki tərəfə uyğun olan sülh yolu ilə nizamlanmanın tərəfdarıdır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*