Ərdoğan: “Taxıl sazişi dünya ictimaiyyəti üçün şad xəbər olacaq”backend

Ərdoğan: "Taxıl sazişi dünya ictimaiyyəti üçün şad xəbər olacaq"

“Taxıl sazişi dünya ictimaiyyəti üçün yaxşı xəbər olacaq”.

KONKRET.az TASS-a istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizinin yaradılmasına dair sazişin İstanbulda imzalanacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, bu hadisə dünya ictimaiyyəti üçün şad xəbər olacaq.

“Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə tezliklə imzalanacağına ümid etdiyim taxıl ixracı sazişi dünya ictimaiyyəti üçün mühüm və xoş xəbər olacaq”, – deyə Türkiyə lideri bildirib.

Müqavilənin imzalanma mərasimi yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 17.30) Türkiyə Prezidentinin İstanbulun Dolmabaxça sarayındakı iş kabinetində baş tutacaq.

Tədbirdə Türkiyə Prezidenti və BMT-nin baş katibi Antonio Quterreş iştirak edəcək.

Bundan əvvəl məlum olub ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyulun 22-də Qara dəniz limanlarından Ukrayna taxılının daşınmasına dair saziş imzalamaq üçün İstanbula gəlib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*