Ərdoğanı təhqir edən jurnalist HƏBS OLUNDUbackend

Ərdoğanı təhqir edən jurnalist HƏBS OLUNDU

Türkiyədə jurnalist Ərdoğanı təhqir etdiyi üçün həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Müxalif “Cümhuriyyət” qəzetinin müxbiri Can Uğur həbs olunub.

O, Türkiyə Cümhuriyyətinin və hakim “Ədalət və İnkişaf” partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğanı təhqir etmək ittihamı ilə həbs edilib.

Uğur bundan əvvəl Türkiyənin müxalif “Birgün” qəzetinin müxbiri olarkən 2022-ci ildə Ərdoğanı təhqir etdiyi üçün Sabiha Gökçen hava limanında həbs edilmişdi.

Buna görə o, Twitter-də yazıb: “Məni həbsdə saxlamaq üçün heç bir cəza tələb olunmur. Böyük ehtimalla əvvəllər verilmiş cəzanın ləğvi sayəsində Silvir həbsxanasına girdikdən sonra azadlığa çıxacağam”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*